Beren Saatdan sərt açıqlama

Beren Saatdan sərt açıqlama
Xəbərlər
10.09.2017 28
Guya süni mayalanma üçün həkimə müraciət etməsi və hamilə qalması xəbərləri aktrisanı özündən elə çıxarıb ki, bunu psixoloji zorakılıq hesab edərək qadına qarşı şiddət kimi dəyərləndirib.



Beren Saat şəxsi "İnstagram” bloqunda bu məsələ ilə bağlı şərh yazıb:  



"Dedi-qodu ilə məşğul olmaq, yayılan xəbərləri bəzəyib-düzəmək və başlığa "bomba xəbər” adı ilə çıxartmaq heç xoşa gələn deyil. Hətta yaxın saydığım insanların belə dürüstcə məndən soruşmaq əvəzinə dedi-qodulara inanması isə balqabaq dadı verir. Çıxan hər xəbəri təsdiq etməyə və ya düzəliş etməyə həvəs göstərən məşhurlardan deyiləm. Çünki bu günə qədər çıxan xəbərlərin heç biri vecimə olmayıb. Ağzımdan çıxmamış avam və savadsız cümlələr, cinsi münasibətim olmayanlarla haqqımda yayılan yanlış xəbərlər, guya rəqiblərimə həsəd aparmağım barədə deyilənlər fərqli beyinlərin məhsuludur. Kənan Doğulu  ilə sevgili olduğumuz müddətdə artıq neçənci dəfədir ki, hamilə olduğumla bağlı xəbərlər yayılır.Yenə də söylənənlərə düzəliş etmək zərurəti hiss etmirəm. Sadəcə, qarğa kimi hücum etməyi dayandırsanız, yaxşı olar. Bu xəbəri yayanlar bilməlidir ki, reklam həvəsində olan xəstəxana xəstə haqlarını heçə sayaraq məlumatı sızdırmaqla cinayət törədir. Belə xəbərlər əvvəl ailə daxilində qeyd olunmalı, sonra yaxınlara ailə özü məlumat verməlidir. Belə məlumatı yaymaqla ailənin xəbər vermək haqqı tapdalalanır. Halbuki ailənin bu haqqına hörmət etsəniz, cinayətə ortaq olmaz, üstəlik, əsl insan kimi davranmış olarsınız. Bu xəbərlər də, indiyədək çıxan digər xəbərlər kimi yenə də vecimə deyil. Çünki peşəmlə əlaqədar olaraq bu cür xəbərlərə öyrəşmişəm. Başqa, sadə bir qadın olsaydım, bu xəbərlər məni çox incidərdi. Bəlkə bu fikirlərim bundan sonra başqa qadınlara verəcəyiniz psixoloji zərərləri azaldar. Unutmayın ki, psixoloji zorakılıq də bir şiddət növüdür.



Mənim kimi zəif bir bədəni olan xanımın hamiləliyini uzun müddət gizli saxlaması mümkün deyil. Olanda onsuz da öyrənəcəksiniz. Sevgilər
".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!