ATV-nin aparıcıları Nərgizlə Cavid - sarmaşıb-dolaşdılar - FOTOSESSİYA

ATV-nin aparıcıları Nərgizlə Cavid - sarmaşıb-dolaşdılar - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 33
Onları şou- biznes aləmində çox küsüb-barışan görmüşük. Biri-biriləri ilə qol-boyun olub öpüşüb-görüşən vaxtları da olur, küsüb bir-birinə arxa çevirən vaxtları da. Amma bu dəfə onları ancaq bir ampulada, mehriban, biri-birilərinə qol-boyun, sarmaş-dolaş görəcəksiniz.

Layihənin budəfəki qonaqları ATV telekanalının parlaq simaları Cavid Gül və Nərgiz Məmmədovadır.



- Bu şəkilləriniz yayıldıqdan sonra hər kəs elə biləcək sevgilisiz.



Cavid: Şvartsnegger  Silvester Stallonenın şəkilləri artıq 40 ildir ki, yayılır hələ ki, heç bir söz-söhbətə səbəb olmayıb. Mənim boyum balacadır mən Stallone ola bilərəm, Nərgiz isə Şvasneqer.



Nərgiz gülərək cavab verir: Onlara lazım deyil ki, biz hansısa foto ilə onların qarşılarına çıxaq. Özləri danışacaqlar. Qısacası Cavid cavab verdi, mən onunla razılaşıram.



Cavid: Nərgiz, yəni razıdır ki, o Şvartsneggerdi.



Nərgiz: Eybi yox ona da razıyam, təki danışmayım (gülür-red)



- Bir müddət əvvəl də şəkilləriniz yayılmışdı və müxtəlif məlumatlar yazılmışdı.



Nərgiz: Bəli, qeyri-peşəkar jurnalistlər tərəfindən yazılmışdı. Belə bir şey olanda çox əsəbiləşirəm. İnstagram sosial şəbəkəsindən, şəkillərimizi götürüb, yayırlar və həqiqəti əks etdirməyən şeylər yazırlar.



Cavid: And verirəm sizi wi-fi –a bir də belə hərəkət etməyin. Sizi görüm "wi-fi”nız kəsilsin. Sizi görüm ki, klaviratura üzünə həsrət qalasınız, barmaqlarınız qırılsın.



Nərgiz: Həqiqətən olmaz belə. İki qoşa şəkilimizi qoyub, yazırlar ki, sevgilidirlər. Axı bu nə dərəcədə düzgündür?



Cavid: Əslində mənə görə belə yazırlar, sənlik bir şey yoxdu.



Nərgiz: Hə, hə . Deməli əziz oxucular Cavid belə şeylərə görə çox narahat olur, şəxsi həyatında dəhşətli problemlər yaşayır.



Cavid: Nərgiz onu demirəm, mənimlə kim şəkil çəkdirir onunla adım çıxır...



- Amma deyirlər küsülü idiniz, bir az olar barışmısınız.



Cavid: Yalan, yalan söylüyorsun (gülürlər-red)



Nərgiz: Orada yazılan hər şey yalan idi. Deyirlər biz bərabər Türkiyədə olmuşuq, amma bu da yalan idi. Yox niyə küsək ki...



Cavid: Biz Nərgizlə dünən gecə barışmışıq (gülür-red)



Nərgiz: Əslində Cavidlə 2008-ci ildən münasibətimiz yaxşıdır, bu günə kimi də elə davam edir.



Cavid: Dostluq münasibəti, onu da vurğula ay Nərgiz



- Yəni, dostluq sevgiyə çevrilə bilməz?



Cavid: Niyə olmur ki, həyatda hər şey ola bilər. Amma...



Nərgiz: Mənim ailəm bilir ki, Cavid mənim dostumdur, o istədiyi vaxt bizə gəlib-gedə bilər. Ailəvi dostuq. Səmimi yoldaşıq. Cavid anamı da, bacımı da tanıyır. Cavid mənim üçün sırf dostdur.



Cavid: Öyləmi ? (gülür)



Nərgiz: Öylə, öylə (gülürlər-red)



Cavid: Mənim qəlbim qiyamətə qədər bağlıdır.



- Yəni Nərgiz var, artıq qapalıdır?



Cavid: Yox, ona qəlbimin hər iki qapısı bağlıdır.



Nərgiz: Bəli, bəli, Cavid nə deyir düz deyir.



Əfruzə Ağayeva

Fotolar: Niko Abbasov





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!