Mir Cəlal Paşayevin toyu oldu - fotolar

Mir Cəlal Paşayevin toyu oldu - fotolar
Xəbərlər
10.09.2017 70
Martın 14-də "Buta Palace"da Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlunun toy mərasimi keçirilib.



"Pasha Holdinq"in tərkibinə daxil olan "Paşa Həyat Sığorta" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışan Mir Cəlal Paşayev Zülfiyyə adlı xanımla ailə həyatı qurub. Toy mərasimində hakim ailənin üzvləri, eləcə də Azərbaycanın bir sıra dövlət məmurları, ictimai-siyasi xadimləri iştirak ediblər. Toyda tanınmış estrada müğənniləri çıxış ediblər.

Qeyd edək ki, Aqil Paşayev yazıçı Mir Cəlal Paşayevin kiçik oğludur. Aqil Paşayev bir zamanlar "Mariott Abşeron " mehmanxanasının direktoru olub, Parni iz Baku komandasının konsertlərinin əsas təşkilatçılarından biri olub. O, bir neçə il öncə dünyasını dəyişib.

Xatırladaq ki, Mir Cəlal Paşayev məşhur yazıçı olan babası Mir Cəlal Paşayevin adını daşıyır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğludur.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!