10 yaşlı qız universitetə qəbul oldu

10 yaşlı qız universitetə qəbul oldu
Xəbərlər
10.09.2017 8
Bununla belə, 10 yaşlı Ester Okade həmyaşıdlarından çox fərqlənir. İş ondadır ki, Böyük Britaniyanın Uest-Midlends qraflığından olan Ester məktəbdə oxumadan universitetdə riyaziyyat üzrə təhsil alacaq. Ester Yüksək Təhsil üzrə Ümumi Sertifikatın A-səviyyəli imtahanlarını (Böyük Britaniyada keçirilən imtahanlar toplusu) müvəffəqiyyətlə başa vurduqdan sonra Oupen universitetinə qəbul olub. O, doktorantura səviyyəsinə qədər oxuyaraq öz şəxsi bankını açmaq niyyətindədir.



Okade hələ 6 yaşındaykən riyaziyyatdan "C" alıb. Onun hazırda 6 yaşlı qardaşı Asiya da A-səviyyəli imtahanlara hazırlaşır.



Bacı-qardaş hər ikisi təhsili ev şəraitində alıb. Onların təhsili ilə riyaziyyatçı anası Omonefe uşaqların məşğul olur.



37 yaşlı ana deyib: "Ester dərslərini yaxşı oxuyur. Bu yaxınlarda riyaziyyatdan testdən keçib, 100 bal qazanıb. O, hələ 7 yaşından universitetə daxil olmaq istəyib. Ester 4 yaşından əlifba, vurma cədvəlini öyrənib, toplama, çıxma, bölmə əməllərini yerinə yetirə bilib".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!