"Baku Fashion Night 2015" başa çatdı - fotolar

Xəbərlər
10.09.2017 41
"Baku Fashion Night 2015" moda həftəsinin ikinci günü modelyer Gülnarə Xəlilovanın kolleksiyası nümayiş olunub.



"İlham” və "Sehirli ilmələr” kolleksiyalarından ziyafət paltarlarını, əl işi olan toxunma geyimləri təqdim edib.



"Sehirli ilmələr” kolleksiyası dəfələrlə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib. Ötən il bu kolleksiya "İpək Yolu” üçüncü Avrasiya beynəlxalq geyim festivalında ilin "Master Exibition & Performance Award" fəxri mükafatına layiq görülüb. Ağ toxunma paltar isə "Beauty of the World" beynəlxalq müsabiqəsində "Ziyafət geyimləri” nominasiyasının ən yaxşısı seçilib. Dəfilənin əsas modeli Türkiyədə yaşayan həmyerlimiz, "Best Model of Azerbaijan"-ın qalibi Günay Musayeva oldu.

 

Kolleksiya Türkiyədən gəlmiş fəxri qonaqlar, modelyer Yıldırım Mayruk, eləcə də Barbaros Şansal tərəfindən yüksək qiymətləndirilib.

 

Final günü isə Yıldırım Mayrukun "Pret-A-Porter" vida yubiley kolleksiyası təqdim olunub.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!