Xumar Qədimova: "Tam əleyhinəyəm həyatda bir dəfə ..." - MÜSAHİBƏ

Xumar Qədimova:
Xəbərlər
10.09.2017 16
Nazı-qəmzəsi ilə hər kəsi özünə valeh edən xumar gözlü Xumar Qədimova müsahibə verib:



- Xumar gözlü ... Sizə yəqin çox insanlar belə müraciət edir. Gözlərinizin gözəlliyi sizi daha çox incidir, ya başqalarını.



- Çoxsağolun. Mən Allahıma təşəkkür edirəm bu gözəllik üçün. Əgər dediyiniz kimidirsə (gülür-red) Gözlərimin gözəlliyi məni incitmir, ola bilər kimlərisə incitsin.



- Xumar Qədimovaya nə olmaz ?



- Yalan danışmaq olmaz. Özüm-özümə o qadağanı qoymuşam. Ümumiyyətlə bütün insanlara yalan danışmaq olmaz. Əgər yalan olsa, o zaman yürümək olmaz. Bir də səmimiyətsizliyi qəbul etmərəm.



- Heç olubmu ki, sizə nəyəsə qadağa qoysunlar?



- Olub. O olmaz, bu olmazla böyümüşəm. Atam və anam çox qadağalar qoyub.



- Fərqli qadın olmaq necə hissdir?



- Çox gözəl. Təbii ki, bilirəm ki, fərqliyəm.



- Sevginin biri bitib, biri başlayır ya da ki, həyatda sevgi elə bircə dəfə olur?



- Təbii ki, sevginin biri bitir, digəri başlayır.Tam əleyhinəyəm həyatda bir dəfə sevməyin.  Sevgi ola bilər bir neçə dəfə. Ancaq bir məsələ var. Məsələn, qadın bir kişini sevirsə, onunla münasibətini davam edə-edə, ona xəyanət edə-edə digəri ilə eşqbazlıq yaşamaq qadına yaraşmaz və olmaz ! Əgər alınmadısa, yenidən sevmək olar.



- Həyatınızda çatışmayan nədir?



- Sevgi... Yox sevgi də çatışır. (gülür-red) Şükür Allaha bu gün hər şey yaxşıdır. Biz bu gün yaşayırıq, bilmirik sabah başımıza nə gələcək. Bu gün üçün çatışmayan heç bir şey yoxdur, amma sabahı deyə bilmərəm.



- Bilirəm, ruh adamısız. Ruh adamları da kövrək olur...



- Elədir.



- Tez-tez ağlayırsız?



- Bəli, olur.



- Rəssam, sevgilimin şəklini çək. Sevgilim gözəldir, sən də gözəl çək. Nazınıza çatanda, fırçadan əl çəkənlər olubmu?



- Xoşbəxtlikdən nazımı çəkənlər çoxdu. Heç nazımı çəkənlər usanmayıblar, vallah.



- Əsl qadın necə olmalıdır?



- "Qadın dediyin” şeirini oxuyanlar bilir ki, əsl qadın necə olmalıdır. İstəyərdim hər kəs o şeiri oxusun. Desəm ki, əsl qadın Xumar kimi olmalıdır, deyəcəklər Xumar özündən razıdır. Amma bir az mənim kimi olmalıdır, əsl qadın, düzdü. Tam yox, bəlkə mənim də mənfi cəhətlərim var, amma hardasa demək olar ki, əsl qadın mənim kimi olmalıdır.



- Xumar xanım, əks cinsin diqqətini necə çəkirsiniz?



- Heç bir zaman ona çalışmamışam, amma hər zaman o diqqəti, sevgini hiss etmişəm. Özü-özünə elə yaranıb. Həmin diqqət özümə də maraqlıdır ki, mənə necə yönəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!