Həkim müalicəyə gələn qadına təcavüz etdi

Həkim müalicəyə gələn qadına təcavüz etdi
Xəbərlər
10.09.2017 10
Həkim müalicəyə gələn qadına təcavüz etdi

İstanbulun Şişli qəsəbəsində 32 yaşlı qadın xəstəliyi ucbatından həyat yoldaşı ilə aralarında cinsi problem yaşadığına görə müalicə üçün getdiyi həkimin təcavüzünə uğrayıb.

Sosial sahə üzrə müəllimə işləyən Ö. A. G 4 il əvvəl evlənib. Ancaq bir müddət əvvəl cinsi funksiya pozuqluğu yaşayan qadın, yoldaşıyla cinsi əlaqəyə girə bilməyib. Buna görə müəllimə həyat yoldaşıyla birlikdə ginekoloqa üz tutub.

Gənc qadın müalicə almaq üçün növbəti dəfə həkimə tək başına getdiyində isə həyatının fəlakətini yaşayıb. İddiaya görə, həkim müayinə masasında xəstəyə qarşı seksual hərəkətlər edib. Daha sonra isə qadını zorlayıb. Müəllimənin şikayəti əsasında həkimə 18 ilə qədər həbs istənilib.

Şübhəli Y. C. K. və onun vəkilləri tərəfindən hazırlanan hesabat İstanbul məhkəməsində çatdırılıb. Hesabatda qadının ruh sağlamlığının pozulduğuna dair fikirlər ifadə edilib. Məhkəmə isə zərər çəkmişin bütün xəstəxana sənədlərini diqqətə alaraq, təcavüzdən əvvəl qadında hər hansı bir ruhi pozuntu olub-olmadığını təyin olunması üçün yenidən hesabat istəyib. Şübhəlinin isə həbsinin davamına dair qərar verilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!