Azərbaycanlı milyarderin xanımı Araşla bir arada

Azərbaycanlı milyarderin xanımı Araşla bir arada
Xəbərlər
10.09.2017 42
Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib

Azərbaycan əsilli İran-İsveç müğənnisi Araş bu gün İstanbulda sevənləri ilə görüşəcək.



Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə "Eurovision” mahnı müsabiqəsində təmsil edən Araş bu gün Bakı vaxtı ilə 22:00-da İstanbulda "Volksvagen Arena”da türkiyəli məşhur müğənni Ebru Gündeşlə birgə səhnəyə çıxacaq. Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib.



Müğənnilər bir neçə saat ərzində sevilən mahnıları ilə tamaşaçıları coşduracaqlar.



Araşla eyni səhnəni bölüşən müğənni Ebru Gündeşin də həyat yoldaşı Rza Zərrab əslən azərbaycanlıdır.



Qeyd edək ki, Arəş Ləbafzadə 1977-ci ildə Tehranda azərbaycan əsilli ailədə dünyaya göz açıb. 10 il İranda yaşayan Araş daha sonra ailəsi ilə birlikdə Avropaya köçüb və orada sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!