Qaraçıların milyonlarla dollarlıq villaları - fotolar

Qaraçıların milyonlarla dollarlıq villaları - fotolar
Xəbərlər
10.09.2017 63
Rumıniyanın paytaxtı Buxarestin yaxınlığındakı Buzesku dünya qaraçılarının mərkəzi şəhəri sayılır.

 

800 evdən ibarət Buzesku qaraçılar üçün paytaxtdır. Buradakı evlərin qiymətləri 2-30 milyon dollar arasındadır.

Çox yöndəmsiz, zövqsüz, amma olduqca baha başa gəlmiş villalar arasında Rumıniyadakı qaraçıların "kral"ı Florian Çioabanın malikanəsi xüsusi yer tutur. Çiobanın "tayfa"sındakı 300 ailənin ən azı yarısının minimum 3 milyon dollarlıq villası var.

 

Çioaba ilə onun "tayfa"sının illik gəlirləri 300-400 milyon avrodur. Bu pullar qaraçıların kriminal və yarıkriminal gəlirlərinin ümumi məbləğinin 10 faizini təşkil edən "tayfa vergi"ləri, Rumıniyadan Qərbi Avropaya siqaret qaçaqmalçılığı, otel biznesi və ticarətdən əldə edilən pullardır.

 

Qaraçı milyonçularının Buzeskudakı villaları bahalı olduğu qədər də, zövsüz və sahibinin gəlirlərinin nümayişinə yönəlmiş tikililərdir. Məsələn, Florian Çioabanın villasının interyerinin "bəzədilməsi"nə 55 kq qızıl sərf olunub.

 

Fotoqraf Sebastyan Kuvelyenin Buzeskuda çəkdiyi fotoları təqdim edirik.

 

Bu fotolardakı evlər, həmin evlərin interyeri Azərbaycandakı bir para "şou-biznes ulduzları"nın "dəbdəbəli və yüksək zövqlü" villalarına bənzəyir, deyilmi?




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!