Xərçəngə qalib gəlmiş 3 qızcığaz! - fotolar

Xərçəngə qalib gəlmiş 3 qızcığaz! - fotolar
Xəbərlər
10.09.2017 10
Əsrimizin ən dəhşətli xəstəliklərindən biri sayılan xərçəng xəstəliyini məğlub etmiş 3 balaca qız qalibiyyətlərini bütün dünyaya elan etmək  üçün  və bu xəstəliyə düçar olmuş bütün balacaları və valideynlərini güclü olmağa səsləmək üçün kameraların önünə keçərək poz verdilər.



Oklahomalı Rheann Frenklin, Ainsley Piterlər və Rylie Hughey (indi yaşları uyğun olaraq 7, 5 və 4-dür) keçən ilin aprel ayından bu amansız xəstəliklə mübarizə aparırlar.



Parklarda qaçıb-oynamaq əvəzinə aylarla xəstəxanalarda ölüm-dirim savaşı verən bu balacalar "mən xərçəng xəstəsiyəm, onsuz da öləcəm” deyib ümidsizliyə qapılan neçə-neçə insana çəkdirdikləri şəkillərdəki kimi dik və  gülümsəyərək dayanmağı öyrətdilər...”Qalx və səs sal! Uşaqlar tək mübarizə apara bilməzlər” şüarı ilə xəstəlikdən əziyyət çəkən insanların yaxınlarına da səslənmiş oldular.



Qadınlar.Biz balaca, lakin çox güclü bu 3 qızcığazın şəkillərini sizlərə təqdim edir.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!