Teleaparıcı Aysel Nazim: "Mən onu yaxşı tanıyıram..." - Müsahibə

Teleaparıcı Aysel Nazim:
Xəbərlər
10.09.2017 15
Teleaparıcı Aysel Nazimin saytların birinə verdiyi müsahibəsini təqdim edirik.



- Aysel xanım, nədən başlamaq çətindir?



- Yarımçıq qalanlardan.



- Yarımçıq qalan nədir?



- Əslində, elə bir şey yoxdur. Çünki mən bir işi başladımsa, heç vaxt yarıda qoymuram. Mütləq sona çatdırmalıyam onu. Hətta işin sonunda xeyir və ya ziyan görəcəyimdən asılı olmayaraq, axıra qədər gedirəm.



- Hara gedirsiniz ki?..



- Sonunu düşünən qəhrəman ola bilməz.



- Hansı sözün qarşısında acizsiniz?



- Düşünürəm, elə bir söz yoxdur ki, onun qarşısında aciz olum. Amma oğlum Canın hər bir sözü mənim üçün çox önəmlidir. Onun istəklərini, arzularını maksimum dərəcədə yerinə yetirməyə, sözünü yerə salmamağa çalışıram.



- Təxminən neçə il pedaqoji fəaliyyətlə məşğul oldunuz?



- On il...



- Darıxırsınız o illər üçün?



- Əlbəttə, hərdən yadıma düşəndə çox darıxıram.



- Bəs sizin üçün necə, darıxan var?



- Var, hal-hazırda məndən uzaqlarda olan həyat yoldaşım (gülür).



- Tələbələriniz sizin üçün darıxmırlar bəs? Sizi yad etmirlər?



- Yad etmək də sözdür? (gülür) Siz soruşun hələ onların yadından çıxırammı haçansa? (gülür). Doğrudan, sözün əsl mənasında çox vəfalı, sədaqətli tələbələrim var. Sağ olsunlar, məni darıxmağa qoymurlar. Hər bayramda, hər bir özəl günümdə məni yad edirlər. Mütəmadi olaraq, mənimlə əlaqə saxlayırlar. Deməli, onlar üçün nümunəvi bir müəllim və bir insan ola bilmişəm ki, indiyə qədər də məni yaddan çıxartmayıblar. Bir müəllim üçün bundan gözəl nə ola bilər?!



- Sizcə, efirə çıxmasaydınız, tanınmasaydınız, sizi yenə də axtaracaqdılar?



- Onlar mən efirə çıxmamışdan öncə də mənimlə əlaqə saxlayırdılar (gülür).



- Aysel xanım, sevib ailə quranlardansınız?



- Bəli...



- Möhkəm sevmisiniz?



- Hər halda... (gülür)



- O sevgi ilk baxışdan yaranan bir sevgi oldu, yoxsa?..



- İlk baxışdan oldu desəm, yalan olar. Tanıya-tanıya sevdim.



- Həyat yoldaşınızı yaxşı bilmisiniz?



- Mən onu yaxşı tanıyıram.



- Bəs o sizi?



- O da məni həmçinin.



- Özünüz-özünüzü necə tanıyırsınız?



- Çox gözəl (gülür).



- Yad kişilərdən çox tərif eşidirsiniz?



- Bəli, eşitdiyim qədər eşidirəm (gülür).



- Yəqin ki, aralarından sizə evlilik təklif edənlər də olur...



- Olur, olur.



- Bəs ailəli olduğunuzu biləndə nə deyirlər?



- Deyirlər, kaş ki, subay olardınız.



- Bəs özünüz nəyə "kaş ki” deyirsiniz?



- Kaş ki, bu dünya daha adil olardı.



- Mən belə başa düşdüm ki, siz "ələkeçməz yaquarsınız”...



- (Gülür) Elədir, düz düşünürsünüz. Pələng ilində dünyaya gəldiyim üçün onun özəlliklərini daşıyıram. Adı üstündə, yaquar, pələng...



- Sizdən bir dəfə soruşmuşdum ki, sarışın gözəl, yoxsa cazibədar xanım? Demişdiniz ki, hər ikisi. İkini üç eləmək üçün bu adların siyahısına "ehtiraslı” sözünü də əlavə etmək olar?



- (Düşünür) Olar. Mən, ümumiyyətlə, bir söz deyim ki, məktəb vaxtından tutmuş bu günə qədər həmişə, hər yerdə fərqlənmişəm. Diqqəti üzərimə tez cəlb edirəm sanki.



- Sizdə o fərqliliyi yaradan nədir? Tapa bilmisiniz?



- İnanın ki, heç özüm də bilmirəm.



- Öpüş, yoxsa sığal?



- Bəzən öpüş, bəzən də sığal. Baxır yerinə...



- Sosial şəbəkələrdə paylaşdığınız şəkillərə baxanda belə qənaətə gəlmək olar ki, siz öz geyiminizə heç bir məhdudiyyət qoymursunuz. Nə də ki, istər ailəniz tərəfindən, istərsə də yoldaşınız tərəfdən heç bir qadağa yoxdur sizə geyimlə bağlı.



- Tamamilə doğrudur, geyim baxımından çox sərbəstəm. Ailə qurmamışdan öncə atam geyimimə qarışmırdı, indi də həyat yoldaşım elədir. Açıq-saçıq da geyinirəm, qapalı da. Həm də ki, həddimi aşmıram, əndazəni gözləyirəm, mənə yaraşanı geyinirəm, yerimi bilirəm. Buna görə də ailəm mənim geyim tərzimə müdaxilə etmir. Bir sözlə, bu baxımdan ixtiyar sahibi mənəm.



- Son zamanlar nəyə meyl salmısınız?



- Alış-verişə... Geyimə pul xərcləmək mənim əhvalımı yaxşılaşdırır (gülür).



- Xəyalən də olsa, uzaq bir yerə gedib, amma qayıtmamaq fikriniz olub?



- Olmayıb, çünki təkliyi sevmirəm. Heç evdə də tək qala bilmirəm, o ki qalsın uzaq bir yerdə tənha yaşamaq...



- Sizin zərif görünməyinizə baxmayaraq, ən azından, bilirəm ki, daxilən çox güclüsünüz. Bu gücü haradan alırsınız?



- Bəli, tərif üçün demirəm, amma doğrudan da çox güclüyəm. Yıxıldığım məqamlarda yenidən ayaqlarımın üstündə dayanmağımı bacarmışamsa, deməli, çox güclü və iradəliyəm. Gücü mənə verən Allahdır.



- Deyəsən, idmanla məşğul olursunuz...



- Bəli, idmanla və rəqslə çoxdan məşğul oluram. Onlarsız mənim bir günüm olmasın.



- Şeir yazmaq, mahnı bəstələmək qabiliyyətiniz də var, elədir?



- Poeziyanı çox sevirəm. Hərdən şeir cızma-qara edirəm, bir də ki, piano arxasına keçib öz duyğularımı dilə gətirməyi çox sevirəm.



- Hansı növ şeirləri sevirsiniz?



- Mən bu suala bir cümlə ilə cavab verəcəyəm. Uşaqlıq illərimi Hüseyn Cavidin "Məktəbli qız”, tələbəlik illərimi (bir neçə il bundan öncə) Mikayıl Müşviqin "Yenə o bağ olaydı...”, indiki zamanımı isə Fikrət Qocanın "İnsan” şeirində tapmışam.



- Son söz...



- Sonda onu demək istəyirəm ki, bizim üçün ən yaxşı yastıq vicdanımızdır. Əgər başımızı ora rahat qoya bilsək, Allah da həmişə bizi qoruyacaq, bizimlə olacaq...




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!