Türkiyənin ən bahalı evi satıldı - fotolar

Türkiyənin ən bahalı evi satıldı - fotolar
Xəbərlər
10.09.2017 13
Qətər əmiri Şeyx Tamim bin Hamed əl-Sani 25 yaşı olan ikinci həyat yoldaşı,



Kraliça Anouda Türkiyənin ən bahalı evini bağışlayıb.



İstanbulda yerləşən və 1880-ci illərdə tikilən Şahzadə Bürhanəddin Əfəndi Sarayı əmirə rekord məbləğə - 100 milyon avroya satılıb.



Martın 12-də Türkiyəyə səfər edən və prezident Rəcəb Tayyib Ərdoğanla görüşən



Şeyx Tamim bu əsnada xanımı Anoudu İstanbulla tanış edir.



Bu zaman sahildə yerləşən mülkü görən Qətər kraliçası evi almaq istəyir.



1985-ci ildə sarayı alan ERG İnşaat’ın sahibi Erbilginler mülkün adını "Erbilgin Yalısı” qoyur.



5 min 800 kvadrat metr ərazidə yerləşən sarayın 64 otağı və 2 ayrı binası var.



Bu mülk dünyanın ən bahalı evləri siyahısında 4-cü yerdədir.



Rəsmi sənədlərdə evin sahibi kimi kraliçanın atası, qətərli iş adamı Əl-Həcri göstərilsə də, əslində evi Şeyx Tamim alıb.



Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anoud Qətər əmiri ilə 2009-cu ildə ailə qurub. Cütlüyün Nayla, Abdullah, Rodha adlı 3 uşağı var.


 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!