Əsl dayı qəhrəmanlığı - FOTOLAR

Əsl dayı qəhrəmanlığı - FOTOLAR
Xəbərlər
10.09.2017 29
Amerikalı aktyor Cessi Neqi artıq "qəhrəman dayı" kimi tanınır. O, bacısı qızı İzzini cəsarətləndirmək üçün qadın paltarı geyinməkdən çəkinməyib.

 

ABŞ-ın Alabama ştatındakı Florens şəhərində yaşayan 26 yaşlı Cessi Neqinin bacısı qızı, 4 yaşlı İzzi "Sindrella" animasiya filminə baxmaq üçün kinoteatra getmək, özü də Sinderella paltarı geymək istəyirdi. Amma balaca qız paltarı geyib küçəyə çıxmaqdan çəkinirdi.

 

"Qorxuram! Orada belə paltarda tək mən olacağam!" - İzzi deyirdi.

 

İzzini cəsarətləndirmək üçün C.Neqi də çarəni Sinderella donuna bənzəyən paltar tapıb geyinməkdə gördü.

 

İzzi də dayısını bu paltarda görüb cürətlənib və Sinderella paltarı geyərək Cessi ilə birlikdə kinoteatra gedib.

 

"İzzini çox sevirəm və onu sevindirmək üçün əlimdən gələni etmək istədim. Məni bu görkəmdə görənlərin nə düşündükləri önəmli deyil", - Cessi Neqi deyib.


 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!