Elnurun “Yer tutmaması haqda düşünmək istəmirəm” - FOTOLAR

Elnurun “Yer tutmaması haqda düşünmək istəmirəm” - FOTOLAR
Xəbərlər
10.09.2017 7
Müğənni Dilarə Kazımova ölkəmizi bu il "Eurovision”da təmsil edəcək həmkarı Elnur Hüseynovun ünvanına təriflər yağdırıb.



İfaçı özünün də Elnur kimi ikinci dəfə sözügedən müsabiqəyə qatılmaq arzusu olduğunu bildirib:



"Elnurun mahnısına qulaq asmışam. "Eurovision”a uyğundur, çox yaxşı alınıb. Onun müsabiqəyə ikinci dəfə qatılmasına müsbət baxıram. Niyə də getməsin? İstedadlıdır, yaxşı səsi var. Səhnədə gözəl çıxış edir, həyəcanlı olmur. Yer tutmaması haqda düşünmək istəmirəm. Bu qaydalardan asılıdr. Əgər ötən ilki kimi olsa, bilmirəm... Onun məğlub və ya qalib olacağı önəmli deyil. Çünki dünyanın ən məşhur ulduzları – Selin Dion, Alla Puqaçova burada sonuncu olub. İnanmıram bu dəfə yaxşı yer tutmasa depressiyaya düşsün. Məğlubiyyətdən utanmaq lazım deyil. "Eurovision” böyük səhnədir, burada özünü göstərirsən, təcrübə toplayırsan. Əgər imkan düşsə, mən də müsabiqəyə ikinci dəfə gedərəm. O həyəcanı yaşamaq maraqlıdır”.



Qeyd edək ki, E.Hüseynov Avstriyanın Vyana şəhərində baş tutacaq "Eurovision”da "Hour of the Wolf” mahnısını ifa edəcək.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!