Prezident və xanımı sərgidə - fotolar

Prezident və xanımı sərgidə - fotolar
Xəbərlər
10.09.2017 3
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində "AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, "HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin "CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xəbər verib ki, "AITF-2015” sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən, ümumilikdə, 371 şirkət tərəfindən 80-dək turizm istiqaməti nümayiş olunur. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edib. Milli stendlər arasında debütant ölkə Maldiv Adalarıdır. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.




 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!