"Xoşqədəm erməniyə deyil, türkə ərə gedib" - Doğuş

Xəbərlər
10.09.2017 14
Türkiyənin məşhur müğənnisi Doğuş Azərbaycanın tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı ilə evliliyini qınayanlara sərt cavab verib.



ANS-in efirində yayımlanan A-dan Z-yə verilişində qonaq olan Doğuş mətbuatda yazılanların ona çox pis təsir etdiyini bildirib.

"Bəzi kütləvi informasiya vasitələrində özünü tanımayanlar nə gəldi yazırlar. Onlara müraciət edərək demək istəyirəm ki, Xoşqədəm bir erməniyə deyil, bir türk övladına ərə gedib", - deyə Doğuş bildirib.

Qeyd edək ki, Azərbaycanda bəzi kütləvi informasiya vasitələrində bu evlilik qınanmışdı.

Xatırladaq ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ötən il evlənib. Toy mərasimi Bakıda həyata keçirilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!