İlham Əliyev və ailə üzvləri Kəbədə namaz qılıb - fotolar

İlham Əliyev və ailə üzvləri Kəbədə namaz qılıb - fotolar
Xəbərlər
10.09.2017 8
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.



Ölkə başçısı və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gediblər.



Ziyarətgahın rəhbərləri dövlət başçısını mehribanlıqla qarşılayıblar.



Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.



Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. İlham Əliyev və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.



Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olub, burada namaz qılıblar.



Ümrə ziyarəti başa çatdıqdan sonra dövlət başçısı Əl-Həram məscidini seyr edib.



Prezidentə məscid haqqında ətraflı məlumat verilib.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!