Gənc qız “Victoria 's Secret”in ilk türk modeli oldu - FOTOLAR

Gənc qız “Victoria 's Secret”in ilk türk modeli oldu - FOTOLAR
Xəbərlər
10.09.2017 63
Seçim turlarını keçən model sınaq çəkilişlərinə çıxır.



Təsadüfən kəşf edilən antalyalı model Selin Yılar "Victoria 's Secret” mələyi olmaq  üçün Nyu- Yorkda düşərgə qurub. Gənc qız sonunda xəyalına qovuşub və mələk olmağı bacarıb.



Ardıcıl olaraq idmanla məşğul olan, peşəkar dietoloq köməyi ilə qidalanan və seçim turlarını keçən Yılar "Victoria 's Secret”in sınaq çəkilişlərinə çıxır.



"Victoria 's Secret” alt geyimləri nümayişinə çıxmağa hazırlaşan Selin Yılar düzgün bədən quruluşu  və gözəlliyi ilə beynəlxalq arenada səs salmağa hazırlaşır. Antalyada təsadüfən kəşf olunan və hazırda Nyu-Yorkda fəaliyyət göstərən Yılar həyatından çox məmnundur.



Dünyanın ən məşhur alt geyimləri markası olan "Victoria 's Secret mələkləri ilə eyni podiumda yeriməyin ən böyük xəyalı olduğunu söyləyən Yıların hədəfi isə modellik kariyerasında əmin addımlarla irəliləməkdir. Digər tərəfdən isə gözəl model İnstagram-da paylaşdığı şəkilləriylə də ictimai media fenomeninə çevrilməyi bacarıb.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!