Samiraldonun yeni halı: öpüb bağırlarına basdılar - FOTOLAR

Samiraldonun yeni halı: öpüb bağırlarına basdılar - FOTOLAR
Xəbərlər
10.09.2017 17
Qalmaqallı stilist Samiraldo (Samir Əliyev) görkəmi ilə yenə müzakirə mövzusu olub.



Məşhur stilist 3 il fasilədən sonra ANS TV-nin "Bazar səhəri" proqramının qonağı olub. O, başına çalmaya bənzər baş örtüyü, daha dəqiq desək, şarfı başının ön hissəsində düyünləyib və uzun paltar geyinərək verilişə qatılıb.



Geyim tərzi ilə maraq yaratdığını görən Samiraldo, hər zaman diqqət mərkəzində olmağı bacardığını etiraf etdi. O, dəfələrlə geyimlərinin sırf öz təxəyyülünün məhsulu olduğunu desə də, bu dəfə fərqli və qalmaqallı açıqlama verdi.



"Mənim bütün geyimlərimin öz mənası var. Mənim geyimlərimi hər kəs anlaya bilməz. Bu geyim tərzi sırf mənə məxsusdur. "Samiraldo" adlanır. Bu verilişə dəvət aldıqdan sonra nə geyinəcəyimi düşünə-düşünə yuxuya getdim. Yuxuda mənə indi əynimdə gördüklərinizi göstərib dedilər ki, belə geyin. Mən də geyindim. Mistik qüvvələr həmişəki kimi, bu dəfə də mənə kömək etdi".




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!