Rəqqasə Oksana: "Övladım olsun, sonra bu haqda fikirləşərəm" - MÜSAHİBƏ

Rəqqasə Oksana:
Xəbərlər
10.09.2017 6
Rəqqasə Oksana Rəsulovanın müsahibəsi



- Oksana xanım, rəqs sənətinin özünəməxsus çətinlikləri var. Siz artıq bu çətinlikləri geridə qoyub ölkə miqyasından çox uzaqlarda tanınmısınız. Hindistanda tanınmaq, əlbəttə ki, sizin böyük uğurunuzdan xəbər verir...

- İstədiyim hər bir şeyə nail olan biriyəm. Buna görə də Hindistana getmək mənim üçün əlçatmaz deyildi. Təbii ki, Hindistan çox böyük bir ölkədir. Orada Hindistanın özündə yaşayanlar belə baş çıxara bilmirlər. Ən gözəl filmlər Bollivud filmləri olduğu kimi ən gözəl rəqqasələr də hind rəqqasələridir. Buna görə də orada tanınmaq çox böyük uğurdur. Mən hind dilini də özüm öyrənmişəm. Böyük uğurumun göstəricisi kimi mən burada qatıldığım müsabiqəni misal göstərə bilərəm. Dünyanın hər bir yerindən bu müsabiqəyə iştirakçılar gəlmişdilər. 6 ay mən müsabiqədə çalışdım və qalib oldum. Bu müsabiqədə iştirak edib qalib olmağım həm bir şans idi, həm də alın yazısı.



- Ata heç bir zaman qızının rəqqasə olmasını istəmir. Sizin atanız necə, razı idi bu sənəti seçdiyinizə?

- Əlbəttə ki, atam rəqqasə sənətini seçdiyim üçün çox narazı idi. Mən aktrisa olmaq üçün universitetə sənət vermək istəyəndə atam bunu böyük narazılıqla qarşıladı. Çünki o həmişə həkim, vəkil, ingilis dili müəllimi olmağımı istəyirdi. Aktrisa ixtisası üzrə oxumaq istəyim baş tutmadı. Həkim ixtisası üzrə oxuyub, universiteti qırmızı diplomla bitirdim.



- Azərbaycanda seriala çəkilmək sizin üçün maraqlıdır?

- Əlbəttə ki. Niyə də yox? Baxır hansı seriala... Azərbaycanda seriallar çəkilir, amma hələ də istənilən səviyyəyə çata bilmir. İnsanlar daha çox komediya janrında olan seriallara üstünlük verirlər. Məsələn, "Bozbash pictures”, "Bacanaqlar” kimi serialların adını çəkə bilərəm ki, bu gün böyük kütlə tərəfindən baxılır. Mən 5 ay "Bacanaqlar” serialına çəkilmişəm. Baxmayaraq ki, mənim rolum kiçik idi, amma bu serialda çəkilmək mənim üçün çox dəyərli idi. Hindistandan mənə seriallarda çəkilməyim üçün çox dəvətlər oldu... Amma çəkilmək istəmədim. Çünki orada seriallar həddindən artıq çoxdur. Orada əgər aktrisa serialda işləməyə başlasa, böyük kütləyə addım atmağı çox çətin olur.



- Həqiqətən, hindlilərə çox bənzəyirsiz. Sizi hansısa hind aktrisası ilə müqayisə edənlər oldumu?

- Orada bir aktrisa var, Prizinta... Biz həddən artıq bir-birimizə bənzəyirik. İnsanlar bizi ayırd edə bilmirdilər. Müsabiqənin qalibi olandan sonra artıq mən orada tanınırdım. Məni Prizinta sanıb şəkil çəkdirənlər də olurdu... Rəfiqəm İlhamə Qasımova ilə Tac-Mahalda olanda insanlar mənimlə gəlib çəkil çəkdirirdilər. Artıq İlhamə bir neçə dəfə bunun şahidi olmuşdu ki, bizi səhv salırlar... İlhamə onlardan soruşdu ki, siz bilirsiniz, kiminlə şəkil çəkdirirsiz? Oğlan yarışdan məni tanıdığını söylədi. Mən onda başa düşdüm ki, insanlar bu yarışı izləyiblər və məni tanıyırlar.



- Məşhur hind fotoqrafı ilə işlərinizi təqdim etdiniz. Biz bu fotolarda 4 fərqli Oksananı gördük. İdeya sizin idi?

- Avinaş Qovariker Hindistanda çox məşhur bir fotoqrafdır. O, bir çox tanınmış hind sənətçiləri ilə işləyib. Onunla işləməyin özü də mənim üçün bir şans idi. İdeya sırf özünün idi. Çəkdiyi fotolardan çox razı qaldım.



- Biri var - sənət uğuru, biri də var - ailə həyatı. Hər şeyə rəğmən insan ailəsinin olmasını da istəyir. Bəs siz?

- Ailə haqda düşünməyə nə vaxtım var, nə də ki, marağım. Çox uzun bir zaman ailə haqqında heç düşünməyəcəyəm.



- Övladınız olsa, adını nə qoymaq istərdiniz?

- Bu haqda da düşünməmişəm. Övladım olsun, sonra bu haqda fikirləşərəm.



- Aktrisalar rollarını övladı hesab edirlər. Bəs rəqqasələr?

- Xeyr, düşünmürəm ki, rəqs mənim övladımdır. Özümü çox sevsəm də, sənətimi özümdən də çox sevirəm. Hansısa bir sənəti övladla müqayisə etmək düzgün deyil. Mənim tələbələrim var, bəlkə də onlar mənim övladımdır (gülür). Əgər peşəkarlıq imkan verirsə, müəllim öz sənətini tələbələri ilə bölüşməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!