Moda dünyasının yeni Bridcit Bardosu – FOTOSESSİYA

Moda dünyasının yeni Bridcit Bardosu – FOTOSESSİYA
Xəbərlər
10.09.2017 8
"Tanrı indi də onu yaratdı”.



Yeni Brigitte Bardot (Bridcit Bardo) adlandırılan alman model Anna Ewers "Tanrı indi də onu yaratdı” şüarıyla jurnalların üz qabıqlarını bəzəyir.



Modelin fotoları "Amerika Harper's Bazaar” jurnalının may buraxılışında "Moda dünyasının yeni top modeli” başlığıyla yer alacaq.



Bridcit Bardonun otağında poz verən Anna ona bənzərliyindən xeyli məmnundur:



"Onun köhnə kadrlarına, çimərlikdə verdiyi pozlara baxdım. Anladım ki, işim asandır, makiyaj hiylələrinə ehtiyac yoxdur. Sadəcə bikini geyinib, obyektivə baxıb gülümsəmək lazımdır".



Annanı kəşf edən isə dizayner Alexander Wang olub.Özünəməxsus dizaynları ilə Nyu-York modasının göz bəbəyi olan Wang, Balenciaga üçün yaratdığı yeni ətrin reklam kampaniyası üçün model seçməyə çalışarkən Annanın şəkilini görüb.



Anna Ewers film təklifləri aldığını da açıqlayıb. 22 yaşlı model əfsanə Bridcit Bardonun kadrlarını yenidən canlandırır.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!