Röya: "Oğlumu da götürüb çıxıb gedərəm bu ölkədən" - video

Röya:
Xəbərlər
10.09.2017 19
Müğənni Röya ANS-də "Əslində mən" proqramının qonağı olub.



Aparıcı Ülviyyə Alovlunun "Sənə "oxuma" desələr, nə edərsən" sualına belə cavab verib:



"Oğlumu da götürüb çıxıb gedərəm bu ölkədən. Çünki heç kimə inanmıram. Heç sevənlərimə də inanmıram. Mən bu sözbazların içində oturmaram. Oxumayandan sonra dedi-qodular çoxalacaq. Ya gərək kimisə öldürüm qatil olum, ya da özümü öldürüm, oğlum tək qalsın. Ən yaxşısı isə uşağımı götürüb çıxıb getməliyem. Çünki burda ən yaxın dost adamın üstünə çıxar, didər. Biz çox unutqan millətik. Sevənlərim məni də unudar. Məni müğənnilikdən əlavə, şəxsiyyət kimi sevən daha çoxdur. Amma heç olmasa 40-50 yaşıma kimi bacarım, oxuyum".



Aparıcının ikinci evlilik barədə sualına cavab verən Röya bu haqda düşünmədiyini qeyd edib:

"Xarici vətəndaş olsa ailə quraram. Zarafat edirəm, heç bu haqda düşünməmişəm. Mən 25 yaşında da bir uşaqla qalsaydım, ərə getməzdim. Kişi kimi adamam, gərək ərə getmiyim, kimisə alım. Düşünürəm ki, artıq kimləsə bir evdə yaşaya bilmərəm, əsəblərim  yerində deyil. Günə 7-8 sakitləşdirici atıram. Buna hansı kişi dözər?".



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!