"Bunu gizlətməyə haqqımız yoxdur" - Acun

Xəbərlər
10.09.2017 51
Survivor All Star"ın Türkiyədəki rəhbəri və aparıcısı Acun İlicalı İnstaqramda tamaşaçıların suallarını cavablandırıb.



Bəzi sualları və Acunun cavablarını təqdim edirik:



- Yarışmada zədələnən oyunçunun müalicə müddəti uzun çəkərsə avtomatik olaraq yarışmadan uzaqlaşdırılması üçün qayda varmı? Məsələn, Anıl indi zədəlidir və yarışmır.



- Anılla bağlı həkimlərimiz proqramın sonuna qədər yarışa bilməyəcəyini desəydi, sizin dediyiniz baş verərdi. Lakin 1 həftədən sonra artıq yarışmaq iqtidarında olacaq. Ona görə də. biz əvvəldə bunu iştirakçının öz ixtiyarına buraxırıq.



- Efirdə iştirakçılar bəzən söyüş söyürlər, amma cəzalanmırlar.



- Heç bir şəkildə söyüş işlədilməsinə haqq qazandırmıram. Lakin bu qədər çətin şəraitdə, stress altında qeyri-ixtiyari davranışlar olması normaldır. Onların hamısını seyrçiyə göstəririk ki, yarışmaçıların bütün tərəflərini görsünlər və qərar versinlər. Bizim bunu gizlətməyə haqqımız yoxdur.



- "Məşhurlar"ın komandası qazananda daha həvəslə alqışladığınızı hiss edirik. Bu doğrudur?



- Qətiyyən, doğru deyil. Yarışmadakı rəqabətə görə mən də həyəcanlanıram. Ancaq "Survivor"ın heç bir anında "Məşhurlar" və ya "Könüllər"in tərəfində olmamışam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!