Aparıcı Azərin aktrisa Pərvinlə - İLGİNC FOTOLARI

Aparıcı Azərin aktrisa Pərvinlə - İLGİNC FOTOLARI
Xəbərlər
10.09.2017 29
"Əvvəlki sevgilim indi həyatıma qayıtdı”.

Aparıcı Azər İsmayılov və aktrisa Pərvin Abıyeva birgə müsahibə veriblər və fotosessiyada iştirak ediblər.



Həmin müsahibəni təqdim edirik:



- Bildiyimə görə, ilk dəfə tanış oldunuz...

Azər sözümü kəsir: Yox, yox, biz illərin sevgilisiyik (gülür)

Pərvin: Sən Allah, məni işə salmayın sevgilim var (gülür) Əslində, Azərlə bir neçə dəfə üzləşmişik, uzaqdan bir-birimizi tanıyırdıq.



- Fotossesiyadan sonra bir-biriniz barədə təəssüratınız necə oldu?

Azər: Çox yaxşı.

Pərvin: Əyləncəli (gülür-red) Bir saatlıq çəkiliş oldu, hələlik super keçdi, bayaqdan söhbət edirik.



- Hiss olunur... Müsahibəyə gəlmirsiniz bayaqdan, şirin olasınız (gülürük-red)

Pərvin: Çəkilişdə dondum. Küçənin ortasında soyuq hava...Heç olmasa, indi bir az dincələk.

Azər: Qəşəng siqnallar var idi, ay Pərvin. Bu gün inanın hər cür siqnal eşitdik (gülürlər-red)



- Belə çıxır ki, kompleksli insan deyilsiniz?

Pərvin: Kompleksim yoxdu. Amma son vaxtlar dodaqlarıma kompleksim yaranıb. Deyirlər, çox nazikdi.

Azər: Eh... Get, silikon elətdir... (əsəbi-red)

Pərvin: Yox, heç vaxt etdirmərəm. Adicə qolumda iz var, mənə deyirlər, əməliyyat etdir, deyirəm, ehtiyac yoxdur. Özümlə bağlı heç bir kompleksim yoxdur. Ancaq bir insanın gözünə diqqətlə baxa bilmirdim, o da ki, bu sənətə gələndən sonra düzəldi.

Azər: Küçədə adımı qışqıranda "Aaa, Azər” deyəndə əsəbiləşirəm. Hətta birini vurmuşam da. Tanıdın, nə gərək var, elə qışqırmağa? Kompleks demək olarsa, bu, məni qıcıqlandırır.



- Həyatdakı rolunuz?

Pərvin: Xeyirli övlad, xeyirli insan olmaq. Mən ailəm üçün canımı verə bilən insanam.

Azər müdaxilə edir: Bunu saxla bir dəqiqə, (diktafona əlini uzadır, təbii ki, mən diktafonu söndürmürəm) ay Pərvin, bu vaxta kimi nə xeyir iş görmüsən?

Pərvin: Yaşımdan qat-qat artıq. Elədiyim şeyləri demək düz çıxmaz. Amma mən bunu həm Allah qarşısında savab olsun, həm də ki, vicdanım rahat olsun deyə edirəm.

Azər: Daim çalışmaq, pul qazanmaq... Həyatdakı rolum önəmli şəxsiyyət olmaqdı.



- Gündəmdə qalmaq üçün nə edirsiniz?

Pərvin: Qarışqa kimi işləyirəm. İş olmayanda depressiyaya düşürəm. Çox iş olanda da deyirəm, öldüm, yoruldum, dincələcəyəm.

Azər: Heç bir şey etmirəm. Mən tanınmaq üçün TV-da işləmirəm, TV sadəcə mənim üçün biznesimi inkişaf etdirmək üçün bir qapıdır.



- Amma reallıqdır ki, bu gün qalmaqal edib, gündəmə gələnlər də çoxdur...

Pərvin: Mən elə şeyə yaxşı baxmıram. Əvvəllər baxırdım ki, televiziyada hərə çıxıb, bir-birini biabır edir, söz atır. Düşünürdüm ki, bunlar niyə dava edirlər?

Azər: Qalmaqal edib gündəmdə qalanları qəbul etmirəm. Elə yaxşı layihə et ki, qoy hamı səndən danışsın...

Pərvin: O qədər paxıl insanlar var ki, olmayan şeyləri danışıb, qalmaqal yaratmaqla, gündəmə gəlməyi düşünürlər. Bəzi aktrisalar, mən heç onları aktrisa kimi də qəbul etmirəm, var ki, haqqımda nələr deyiblər. Eşidib, şoka düşmüşəm, zülm-zülm ağlamışam. Axı, niyə, mən sənə nə pislik etmişəm, deyə düşünmüşəm. Mən həmin kəslərlə qanlı-bıçaq düşmənəm. Amma olanlar bizim ikimiz arasındadır. Mən bunu efirdə demərəm.



- Nələr deyiblər məsələn ki, səni elə  zülm-zülm ağladıblar?

Pərvin: Mən onun evini tanımamışam, amma o mənim evimdən çıxmayıb. Anam öz əlləri ilə ona yemək hazırlayıb, bir süfrə arxasında çörək kəsmişik. Onlar isə haqqımda nalayiq danışıblar. Nankorluq məni çox incidir.



-  Aktrisaların açıq-saçıq geyimi niyə qəbul olunmur?

Pərvin: Çünki bu sənət bizdə tam inkişaf etməyib.



- Azər, siz aparıcı, aktrisa, müğənnilərin çılpaq şəkildə və ya açıq-saçıq geyinməsini qəbul edirsinizmi?

Azər: Bəli. Çünki onlar sənətdədirlər. Sənətçilərimizin elə geyiminə çox yaxşı baxıram. Deyirik, şou-biznes... Şou yaradırlar ki, fərqli görünsünlər, diqqət cəlb etsinlər.



- Keçək şəxsi həyata... Pərvin və Azər hər ikinizin haqqınızda müəyyən məlumatım var. Bilirəm ki, Pərvin nişanlısından ayrılıb, siz də artıq bir neçə ildir ki, boşanmısınız. İkinci bahara necə baxırsınız ?

Pərvin: İkinci, üçüncü, dördüncü, beşinci, yəni, sonsuza qədər olan baharlara da hətta əla baxıram (gülürlər-red) İnsansan da, vallah, başına çox şey gələ bilər. Mənim üçün hər zaman belə olub, bir sözüm var: gələn gedəni unutdurur.



- Ay Pərvin, indiki gələn, gedəni unutdurub?

Pərvin: Mənim indiki sevgim çox qəribə bir şeydi.

Azər: Ay Pərvin, sən bir qərara gəl, sevirsən, ya yox, bilək də bir biz... (zarafat)

Pərvin: Sevirəm. Lap əvvəlki sevgilim idi, indi həyatıma qayıtdı.

Azər: Yəqin populyarlığına görə qayıdıb, gəlib.

Pərvin: Yox, mən onu axtarıb tapdım.



-  Deməli gələnlər, gedəni unutdura bilməyibmiş...

Pərvin: Yox, onunla heç nə yaşamamışdıq (gülür-red)



-  Azər, gözlənilir ikinci dəfə evlənəsiz?

Azər: Pərvin xanıma göz-qaş etmişəm. Üzük də hazırdı... (gülür-red) Yaxşı, zarafatı qoyaq kənara... Əlbəttə, gözlənilir. Çox tezliklə. Sadəcə namizəd yoxdu. Axtarıram hələ...



-  Evlənəcəyiniz insan məşhur birimi olacaq yoxsa?

Azər: Yox, mən, ümumiyyətlə, TV sahəsindən uzağam.



- Yəni, Pərvinin şansı yoxdu ?

Pərvin gülür: Heç Azərin şansı var ki, Pərvinin də şansı olsun?

Azər gülür: Pərvinə vurulmuşam. Özü də ki, Pərvin televiziyada deyil axı, kinolardadır. Zarafat edirəm, təbii ki, sadəcə mənim sahəmdən xəbəri olmayan bir xanımla evlənəcəm. Xəbərsiz olsun, amma ovcumun içində saxlayaram həmin qızı...



-  Görürəm, sevgi məsələlərində mütəxəssissiniz. Ayrılıqda ən çox kişi ya qadın zərbə alır?

Pərvin: Mən düşünürdüm ki, ən çox  qadınlar əzab çəkir. Amma əslində kişilərin həsasslığını görmüşəm. Hətta qadından ötrü xəstəliyə düşən, əzab çəkənləri də olur...

Azər: Pərvin, sən Allah, sənin üçün sevgi nədir?

Pərvin: Siz jurnalist deyilsiniz, sizin sualınıza cavab vermirəm.



- Yaxşı, Pərvin, həmin sualı mən sənə ünvanlayıram, sevgi nədir sənin üçün?

Pərvin: Sevgi...

Azər: Sevgi boş şeydi.

Pərvin: Mənim həyatımda mütləq  kimsə olmalıdı. Olmasa ürəyim partlayar. Sevgi mənim üçün önəmlidi, vacibdi.

Azər: Olum da mən. Ölmüşəm bəyəm? (gülürlər-red)

Pərvin: Heç belə əyləncəli, maraqlı müsahibəm olmamışdı. Şəxsən olub ki, məni sevən adam xəstəliyə düşüb, bildin Azər ?

Azər: Pərvin, sən Allah, bəsdi. Yox, bir xəstəlik... Nə xəstəliyə düşə bilər ki, kişi ?

Pərvin: İflic, xərçəng, dəli olanlar da görmüşəm...

Azər sözünü kəsir: Ay Niko, (fotoqrafı səsləyir-red)  bura gəl, gör, Pərvin nə danışır. Kişiləri təkləyiblər.



Niko: Siz Allah, müsahibəni tez bitirin, fotossesiyanı davam edək, məni söhbətinizə qatmayın (gülür-red)

Pərvin: Mən şəxsən heç vaxt ağlamayan bir insanı ağlatmışam.

Azər: Hisslərinə yenilib, insandı ağlayıb da... Qəribə qızsan aaa....



-  Pərvin, necə eqolu insansınız.

Azər: Eqo təpikləyir (gülür-red)

Pərvin: Vallah mən sadə insanam, əslində ...(gülür-red)



-  Sonuncu sualmı da verim, gedin studiyada fotosessiyanızı davam edin. Xoşbəxt olmaq üçün insana nə lazımdı?

Azər: Hər şey. Çoxu deyir ki, xoşbəxtlik pul deyil. Pulun olanda dünyanın ən xoşbəxt və yaxşı insanısan. Pulun olmadı, sən heç kimsən və ətrafındakılar da yoxdu. Ancaq elə insan var ki, pulu yoxdu, elə hörməti var ... Hörməti pulu əvəzləyib.

Pərvin: Azər tam düz dedi. Pul çox önəmlidir. Nə vaxta kimi insan dözə bilər? Sevgi də, pul da vacibdi.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!