Rüstəm Cəbrayılov: ““Biz səninlə fəxr edrik”. Buna necə sevinməyəsən?” MÜSAHİBƏ + FOTOLAR

Rüstəm Cəbrayılov: ““Biz səninlə fəxr edrik”. Buna necə sevinməyəsən?” MÜSAHİBƏ  + FOTOLAR
Xəbərlər
10.09.2017 40
Nyu-Yorkda yaşayan, Azərbaycanı xaricdə layiqincə təmsil edən, 2 dəfə ölkə, bir dəfə dünya birincisi olmuş model Rüstəm Cəbrayılov olub.



Ölkəmizin fəxri ilə müsahibəni təqdim edirik.



- Rüstəm neçə vaxtdır modelliklə məşğulsan?

2005-ci ildən. Reklam işləri ilə başlamışam. Model kimi 2006-cı ildən "Best model of Azərbaycan” yarışmasının qalibi olaraq bu sahəyə start vermişəm. 2007-ci ildə yenidən Azərbaycan birincisi olmuşam. Həmin ili 80 dövlətin içərisində "Bes model of the world” yarışmasının qalibi olmuşam. Bundan sonra həvəsim artıb və daha ciddi yanaşmışam.



- Dünya gözəli seçildikdən sora bir çox təkliflər almısan. Məhz Amerikanı seçməyin nə ilə bağlıdır?

Doğrudur. Mən qalib olduqdan sonra, bir çox təkliflər gəldi. Hətda Türkiyədə 4-5 filmdən dəvət almışdım. Ancaq iş elə gətirdi ki, həmin dövrdə film çəkilişlərində maddiyyat problemləri yaşandı. Bəlkə də 2-3 ay gözləsəydim bu problem aradan qalxardı. Ancaq olmadı. Mən hətda 2-3 il sonra Amerikaya üz tutdum. Səbəb isə, modellikdə daha da təcrübəli və təkmilləşmək üçün, bu sahənin mərkəzinlərindən birinə, Nyu-Yorka üz tutmaq istədim. Şükürlər olsun kifayət qədər uğur qazana bildim.



- 10 ildir bu sahədəsən. İllər keçdikcə modellik sahəsinə maraq artır, yoxsa azalır?

Zaman geçdikcə Azərbaycan daha da müasirləşir. Artıq fikir verirəm illər əvvələ nisbətən modellik sahəsinə insanların marağı daha da artıb. Ancaq mən deməzdim ki bu inkişafdır. Bəlkə də illər keçdikcə olacaq. Amma hal-hazırda yoxdur. Bunun da səbəbi yerli modellərimizdən istifadə edilməməsidir. Mən ona görə deyə bilərəm ki, hal-hazırda ölkəmizi xaricdə təmsil edəcək modellərimiz demək olar ki yoxdur.



- Əgər xaricə üz tutmasaydın, bu qədər məşhurlaşacağına inanardınmı?

Məşhurlaşmaq olar. Biri var hansısa işinlə gündəmə gələsən, biri də var qalmaqal yaradaraq. Azərbaycanda düşünmürəm ki, öz işinlə məşhurlaşa bilərsən. Burda hər hər şey müəyyən hüdudlar çərçivəsindədir. Məsələn Azərbaycanda ölkə və dünya birincisi olan bir model ən yaxşı halda yalnız hansısa məşhur müğənninin klipində çəkilə bilər. Doğrudur, Azərbaycanda mən kifayət qədər çəkilişlərdə olmuşam, maddi qazanclarım da olub. Ancaq, Azərbaycanda olan məşhurluqla, Amerikada olan məşhurluq arasında çox fərq var. Mən əgər Amerikada yox, Azərbaycanda qalsaydım, bəlkə də bu sahəni çoxdan atmışdım.



- Məşhurluğunu, brendliyini qorumaq üçün nə edirsən?

Uzağa getmirəm. Mən vətənə qayıdarkən, çox sağ olsunlar bütün televiziyalar, internet saytları məni qonaq dəvət edirlər. Ancaq mən dostlarımdan, tanışlarımdan dəvət olunduğum yer barəsində məlumat alıram. Əgər bu proqram reytinqlidirsə, insanları yormursa gedirəm. Bir sözlə onu deyim ki, hər təklifi qəbul etmirəm. Onu da qeyd edim ki, mən bunu məşhurluq üçün də etmirəm. Çünki mənim Azərbaycanda məşhur olmağa ehtiyacım yoxdur. Mən işimi xaricdə qurmuşam. Və orda kifayət qədər öz sahəmdə məşhurluğum var. Çalışıram ki, vətənə gəldikdə əsasən dostlarıma və ailə vaxt ayırım. Düşünmürəm ki, tez unudularam.



- Rüstəmə bu sahədə ən böyük dəstək kimdən gəlib?

Bu yolda ən böyük dəstək 2 dostumdan gəlib. Ondan sonrası ancaq ətrafım. Mənəvi cəhətdən dəstək olub hər kəs. Bütün ətrafım mənə ruh yüksəkliyi verib. Mənim üçün ən böyük dəstək odur ki, deyirlər "biz səninlə fəxr edrik”. Buna necə sevinməyəsən?



- Modellik üçün müəyyən yaş sərhəddi varmı?

Nyu-Yorkda modellik üçün yaş sərhəddi yoxdur. Əgər üz cizgilərin, ümumən bədən quruluşun formasındadırsa, bunun yaşa adiyyatı yoxdur. Amma düşünürəm ki, 30-35 yaşa qədər çalışsan kifayətdir.



- Modellikdə başqa hansı sahədə özünü görürsən?

Doğrusunu desəm, bu barədə düşünməmişəm. Çünki bu barədə insan universitet vaxtlarında düşünür. Özünü hansı sahədə görürsən deyə sual verirlər. Mən bu vaxtlarda artıq modellik sahəsindəydim. Ona görə düşünməmişəm.



- Rüstəm "işdən sonra” nə edirsən?

Mən çox fikir vermişəm. Bizdə Azərbaycanda kiminləsə görüşəndə, ancaq yeyib-içməyə qonaq dəvət edirlər. Mənə çatmır bu. Onsuz bunu hər gün edirik də. Fərqli nəsə edərlər. Hansısa bir yerə gedəsən, hansı ki, o yerdə ya olmamısan, ya da çox az-az olmusan. Bizdə bu yoxdur. Ancaq yeyib-içmək (gülür).



- Rüstəm son olaraq nə demək istərdin?

İlk olaraq səni tanıdığıma şad oldum. Çox sağ ol dəvətin üçün. Sizin kollektivə isə daim operativ olmağı və uğurlarınızın daha da bol olmasını arzu edirəm.


 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!