Demet Akalının Bakı konsertindən ilk fotolar

Demet Akalının Bakı konsertindən ilk fotolar
Xəbərlər
10.09.2017 14
Türkiyənin məşhur müğənnisi Demet Akalının Bakıdakı konserti baş tutub.



Heydər Əliyev Sarayında keçirilən konsertə böyük maraq olub. Səhnəyə çıxan ifaçı tamaşaçıları salamlayaraq onlar haqqında xoş fikirlərini deyib:



"İçəridə oturub gözləyəndə deyirəm ki, deyəsən, heç kim gəlməyib. Menecerim bildirdi ki, "yox, zal dolub. Hamı bəzənib oturub səni gözləyir". Dünyanın bir çox yerində konsertdə olmuşam, amma belə kübar, mədəni tamaşaçılar ilk dəfədir görürəm. Çox sağ olun".



Sevilən mahnılarını oxuyan Demet ifası zamanı hər kəsin rəqs etməsini xahiş edib.



Müğənni əməliyyat olunaraq Türkiyəyə dönən həmkarı İbrahim Tatlısəsə də salam göndərərək, onun repertuarından bir neçə mahnı səsləndirib.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!