Balaca şahzadə doğuldu - Keyt Midlton ana oldu

Balaca şahzadə doğuldu - Keyt Midlton ana oldu
Xəbərlər
10.09.2017 8
Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton ikinci dəfə ana olub.



Krallıq taxtının dördüncü varisi bu dəqiqələrdə dünyaya göz açıb. Londonun Müqəddəs Meri Xəstəxanasında gerçəkləşən doğuşda şahzadə Uilyam da xanımının yanında olub.



Cütlüyün qızı dünyaya gəlib. Keytlə körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Uşağa Alis, Şarlotta, Diana adlarından birinin qoyulacağı ehtimal edilir.



Qeyd edək ki, Keytlə Uilyamın Georgi adlı bir oğlu da var. Yeni doğulan körpə babası Çarlz, atası Uilyam, qardaşı Georgidən sonra Böyük Britaniya krallığının dördüncü varisi sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!