Professor qucağında uşaq mühazirə oxudu - fotolar

Professor qucağında uşaq mühazirə oxudu - fotolar
Xəbərlər
10.09.2017 6
Yerusalam Hebrew Universitetinin professoru 45 yaşlı Sydney Engelberg auditoriyada mühazirə oxuduğu zaman tələbələrindən birinin uşağı ağlamağa başlayır. Belə ki, tələbə olan ana uşağına baxıcı tapa bilmədiyi üçün körpəsi ilə birlikdə universitetə gəlməyə məcbur olub. Mühazirə zamanı ağlayan uşağını sakitləşdirməyə çalışan ana auditoriyadan çıxmaq üçün professordan icazə alır.



Lakin 4 uşaq atası və 5 nəvəsi olan professor  ağlayan körpəni qucağına alır, sakitləşdirir və körpə qucağında dərsi bölmədən mühazirə oxumağa davam edir.



Professorun qızı Sarit Fishbaine bu haqda bildirib ki, atam ana olan bütün tələbələrinə körpəsini öz dərsinə gətirməyə, hətta dərs vaxtı körpələrinə yemək yedizdirməyə belə icazə verir. Çünki atam istəmir ki, ana olan tələbələri "təhsil yoxsa uşaq” sualı qarşısında aciz qalmasınlar. Təhsil almaq anlayışı bir tək quru faktları əzbərləməkdən ibarət deyil, təhsil həmçinin dərs zamanı insani dəyərləri də öyrənməkdir.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!