Beren Saatın "Fatmagülün suçu ne?" serialı İranı qarışdırdı!

Beren Saatın
Xəbərlər
10.09.2017 5
2010-cu ildə Beren Saatın ekranların fenomeni halına gələn serialı İran xalqını ayağa qaldırdı. Belə ki, iranlı rejissor Ziyaettin Dorri "Fatmagülün suçu ne?” serialından təsirlənərək dövlət televiziyası üçün "Zeynebin suçu ne?” adlı yeni bir serial çəkmək istəyib. Lakin İranda dini mühafizəkar qurumlar "Türk serialları ailə düzəninə zərər verir!” deyərək sərt reaksiya verib.

Qeyd edək ki, Vedat Türkalının senarisini yazdığı "Fatmagülün suçu ne?” kinosundan çəkilən eyni adlı serial, dörd gəncin toplu təcavüzünə uğrayan və aralarından biri ilə evlənmək məcburiyyətində qalan gənc bir qızın hekayəsindən bəhs edir.



Yeni serialını çəkmək üçün televiziyadan büdcə istəyən və dəstək gözləyən iranlı rejissor Ziyaettin Dorri serialın İran versiyasında "İslami özəllikləri” ön planda tutacağını,  "əxlaqi dəyərlərə” önəm verəcəyini və serialı İran mədəniyyətinə uyğun bir şəkildə çəkəcəyini söylədi.



İrandakı qalmaqalın ardından Beren Saat türk qəzetlərindən birinə "Ne kadar tanıdık...” başlıqlı bir yazı qələmə aldı: "... Təhsil haqqından yararlana bilməyən, küçəyə çıxarkən nə geyəcəyini seçə bilməyən, evlilik qərarında heçə sayılan, çoxarvadlılığa razı qalmağa məcbur olan, rəsmi qeydiyyatda olduğu üçün istəmədiyi bir kişi ilə cinsi əlaqədə olmaq məcburiyyətində olan qadınlar təcavüz edilmiş sayılmırmı...”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!