Elnur bu gün "Eurovision 2015" də çıxış edəcək

Elnur bu gün
Xəbərlər
10.09.2017 2
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.



"Wiener Stadthalle" arenasında baş tutacaq gecədə 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq.



"Eurovision”ın final günü mayın 23-də baş tutacaq.



Təmsilçimiz Elnur Hüseynov bu gün  11-ci nömrə altında çıxış edəcək. O, "Hour of the Wolf” mahnısını səsləndirəcək.



Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.



Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.



Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst "Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!