Leyla Əliyeva beynəlxalq mükafata layiq görülüb

Leyla Əliyeva beynəlxalq mükafata layiq görülüb
Xəbərlər
10.09.2017 5
Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb.



Bu gün Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Jurnalın ölkə üzrə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin, bir sıra nazirlərin və digər şəxslərin müsahibələri yer alıb.



B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.



Sonra jurnalın baş redaktoru Leeland Rays son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. L.Rays bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. O bildirib ki, bu, Azərbaycan haqqında yazılanların bir hissəsidir.



Tədbir zamanı mükafatlar da təqdim olunub. "The Business Year" insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı "İlin beynəlxalq dialoqu" mükafatına layiq görüb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!