Böyük bir yaxşılıq üçün 2 il saçlarını uzadan oğlan - fotolar

Böyük bir yaxşılıq üçün 2 il saçlarını uzadan oğlan - fotolar
Xəbərlər
10.09.2017 10
ABŞ-ın Florida ştatında yaşayan 8 yaşındakı Christian McPhilamy 2 il əvvəl izlədiyi pediatric xərçəng reklamından sonra saçlarını uzatmağa başlayır. Bu müddət ərzində edəcəyi böyük bir yaxşılıqdan xəbərsiz olan ətrafındakı insanlar özünü qıza oxşadır deyə ona lağ edirlər. Lakin Christian bunu moda olduğu üçün, fərqli görünmək üçün və ya özünə yaraşdığını düşündüyü üçün deyil, xərçəng xəstəliyi nəticəsində saçlarını itirən uşaqlar üçün etmiş.



Belə ki, xərçəng xəstəsi uşaqlara saç bağışlanmasına aid bir kampanya başlandığını eşidən bu cəsur oğlan saçlarını 2 il boyunca uzadır və nəhayət arzusuna çatır. Kəsdiyi bu sarı uzun saçlarını dərnəyə bağışlayır.



Ən maraqlısı budur ki, dərnəyə saçlarını bağışlamış 50 nəfərdən sadəcə biri kişi cinsinin nümayəndəsi olub. O, ətrafındakı insanların lağ obyektinə çevrilib üzülsə də, bağışladığı saçları ilə bir neçə xəstə uşağın üzünü güldürə bildiyi üçün çox xoşbəxtdir.



Qadınlar.biz bu cəsur oğlanın şəkillərini sizlərə təqdim edir.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!