110 min dollarlıq maşını qəpiklə aldı - FOTOLAR

110 min dollarlıq maşını qəpiklə aldı - FOTOLAR
Xəbərlər
10.09.2017 18
Çinin Şenyanq şəhərində çox maraqlı bir hadisə baş verib.



110 min dollarlıq avtomobil satın almaq istəyən bir nəfər ödənişi qəpiklə etmək istəyib. Çinli kişinin bu addımı insanları bir xeyli heyrətləndirib.



Çindəki heç bir bankın belə bir ödənişə razılıq verməsindən sonra Qan adlı kişi pulları özü banka gətirib. Böyük bir yük maşını icarəyə götürən Qan qəpikləri bu yolla banka gətirib çıxara bilib.



4 ton ağırlığındakı sikkələr yük maşınının böyük bir hissəsini tutub. Bank işçiləri səfərbər olub və pulları saymağa başlayıb. Qəpikləri saymaq və çəkmək üçün işçilər bir neçə gün vaxt sərf ediblər. Qan adlı avtomobil alıcısı yanacaqdoldurma məntəqəsində çalışdığını və bu səbəbdən pulları qəpiklə yığdığını söyləyib. Qan ödənişin yalnız 4 min dollarlıq qisimini kağız pulla edib.



Xatırladaq ki, bənzər bir hadisə mart ayında baş verib. Çinin Fujian bölgəsində bir nəfər avtomobil satın alarkən analoji addım atıb. Çinli şəxs 100 min yuan dəyərindəki avtomobilin ödənişini qəpik pulla etmişdi.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!