Vüsalə: "Ağır yükün altına girmişəm" - fotosessiya

Vüsalə:
Xəbərlər
10.09.2017 17
"Veriliş yeni başlayıb. Amma indidən çox yorulmuşam”.

Bu sözləri açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib. O, ATV telekanalında başlayan "Qadına görə" verilişinin bir müddətdən sonra yay tətilinə çıxacağını deyib:

"Başlayanda bilirdim ki, ağır yükün altına girirəm. Yay istirahətinə gedəcəyik. Payızdan yenidən efirdəyik. Tamaşaçılardan müsbət rəylər alıram, veriliş bəyənildi. Yeni mövsümdə bir az dəyişikliklər edəcəyik”.

Baxım sirlərindən danışan V.Əlizadə saç düzümünü və makiyajını özünün etdiyini bildirib:

"Həftədə iki dəfə məcburən salona gedirəm. Saç və makiyajımı özüm edirəm. Yalnız böyük tədbirlərdə salona üz tuturam. Vaxtımı və pulumu salona sərf etməyi sevmirəm. Heç ev şəraitində də özümə qulluq etmirəm. Bilirəm ki, bu yanlışdır. Qadın özünə baxmalıdır, amma işin çoxluğundan vaxt tapmıram".




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!