Elza Seyidcahandan yeni şeir: "Utan bığından"

Elza Seyidcahandan yeni şeir:
Xəbərlər
10.09.2017 23
"Bir bığımız Xəncərimiz"



Qadinlar.biz Elza Seyidcahanın "Utan bığından" şeirini təqdim edir.



Bığ bizimdir

Bığımız bizim

Sahibi bizim

Bığına layiq olmayan isə

Döyər dizin

Bir bığımız

Xəncərimiz

Sözünü deyib

Səngərimiz

Bığsız bizim nə Vətənimiz?

Bığın gərək dibi ola

Bığ dibinin cibi ola

Cibin dibi tikik ola

Tikik cibdə bir göz ola

Sözlər gözu doydura

Doydura-doydura soydura

Soydurandan sonra bığı

Soldura.

Bığlı kişi hikmətdir.

Yıxıq evi tikməkdir

Tikə-tikə hər işini

Cizməkdir,

Bilməkdir,

Sezməkdir.

Hər şeyi qurtaranda,

Özünə sarı

Çevirməkdir.

Çevrilməyən bığsız kisi

Devrilməyən bığlı kişi

Yazılmayan qadın işi

Görülməmiş pisin pisi .

Bığın bığdır

Bilirsən kişi?

Səndə yoxdur kisinin işi

O bığın səndə nə işi?

Bığlı kişi

Bığıvı qırx ki,

Bil işini.

Bığ bilmir

Necə yusun dişini ?

Pis yolda qoyma kişini!

Kişidi bığ

Kişidə bığ

Bığdı bığ

Sendə bığ

Tığdı tığ

Boğazdan tut

Tığından çıx

Aldatdı məni bığın

Saldı odlara tığın

Məyus etdi məni bığın

Məhv etdi seni tığın

Üzr istə sən

Bığından

Çıxdın sən öz

Qınından

Səndən utandığından

Sən de utan

Bığından

Tutan bığından

Heç utanırsan

Bığından???скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!