Bakıda transseksalı sevgilisi öldürdü, iki nəfəri yaraladı

Bakıda transseksalı sevgilisi öldürdü, iki nəfəri yaraladı
Xəbərlər
10.09.2017 6
Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov 26 ünvanında kütləvi dava olub.



Qadınlar.Biz "Report"a istinadən bildirir ki, hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirlib. İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb.



Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.



Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəxsiyyəti araşdırılır. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir



Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!