Azərbaycanlı aparıcı türkiyəli iş adamı ilə nişanlandı - FOTOLAR

Azərbaycanlı aparıcı türkiyəli iş adamı ilə nişanlandı - FOTOLAR
Xəbərlər
10.09.2017 20
"Əslində dost idik”.



ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova ailə qurmağa hazırlaşır.



Məmmədova özü məlumat verib. Hazırda Türkiyədə yaşayan keçmiş teleaparıcı Özgür adlı şəxslə nikah masasına oturacaq:



"Dünən nişanımız oldu. Türkiyə vətəndaşıdır və yaşıdıq. Azərbaycanlı deyil, türkdür və iş adamıdır”.



G.Məmmədova gələcək həyat yoldaşı ilə tanışlıqları barədə də danışıb:



"Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zamana arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun”.



Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də "Kamerton”, "Xonça” kimi verilişlərin aparıcısı olub.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!