Rusiya mediası Mehriban Əliyevadan yazdı

Rusiya mediası Mehriban Əliyevadan yazdı
Xəbərlər
10.09.2017 6
Rusiya mediası Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan yazıb.



Rus saytının hazırladığı materialı təqdim edirik:



"51 yaşlı Mehriban Əliyevanı, şübhəsiz, dünyanın ən gözəl və dəblə geyinən birinci xanımı adlandırmaq olar. Doğma vətənində və onun hüdudlarından kənarda prezidentin xanımını stil ikonu hesab edirlər. Hətta bəzən xarici nümayəndə heyətlərinin üzvləri, jurnalistlər onu qızları ilə səhv salırlar.



Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva çox nadir hallarda dəb jurnallarının səhifəsindən düşür. Stil ikonu olan bu xanımın üzərində, görünür, vaxt öz hökmünü verə bilmir. Mehriban Əliyevaya baxdıqda onun iki yetkin qızının, 18 yaşlı oğlunun və hətta nəvələrinin olduğuna inanmaq çətindir.



ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynin Bakı səfəri zamanı Amerika xüsusi xidmət orqanlarının əməkdaşları yanaşı dayanan üç gözəldən – Mehriban, Leyla (29 yaş) və Arzu (28 yaş) – hansının ölkə başçısının xanımı olduğunu ayırd etməkdə çətinlik çəkmişdilər.



Mehriban Əliyeva ölkəsi üçün çox işlər görür, həyat yoldaşını bütün səfərlərdə, rəsmi görüşlərdə müşayiət edir.



O hətta bir neçə gün əvvəl başa çatan "Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri olub. Azərbaycanın birinci xanımı tərəfindən toplanmış şəkillər, art-obyektlər paytaxtda yerləşən Müasir İncəsənət Muzeyində yığılıb.



Bizim fotoqalereyamızda isə təkcə Mehriban Əliyeva və onun stilini əks etdirən şəkillər deyil, Azərbaycanın hakim ailəsinin fotoları yer alıb”.





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!