Leyla Əliyevanın ad günüdür

Leyla Əliyevanın ad günüdür
Xəbərlər
10.09.2017 10
 

Bu gün prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın ad günüdür.





 Leyla Əliyeva 3 iyul, 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta, İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb.




 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.




 Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.






2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Baku" jurnalının təsiscisi və baş redaktorudur.






2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.






2008-ci il mayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub.






O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri secilib.






Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.






O, 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.


 


2006-cı il aprelin 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. Cütlük bu ilin mayında boşandıqlarını elan edib. Onların 6 yaşlı Əli və Mikayıl adlı əkiz oğulları var.







Bu münasibətlə, xanım Əliyevanı təbrik edir, gələcək həyatında və fəaliyyətində uğurlar arzu edirik. Xoşbəxt olun.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!