Afaq Aslan: "Pulu sevgidən üstün tuturam" - MÜSAHİBƏ + FOTOSESSİYA

Afaq Aslan:
Xəbərlər
10.09.2017 70
 Müğənni Afaq Aslan məmur oğlu ilə evlənməsi xəbərindən danışdı:



- Ay Afaq, bu toy xəbərinə heç kəs inanmır, niyə?

- Həmin insanalara demək istəyirəm ki, tələsməsinlər, toy da olacaq, hər şeyi də gözləri ilə görəcəklər. Belə paxıl olmasınlar.



- Niyə sənə paxıllıq edirlər ki?

- Gözləri götürmür yəqin. Partlamaya düşənlər çoxdu. Özümə yaxın, doğma bildiyim insanlar  mənim xoş günümə sevinmədi, bu da onların iç üzünün açılması oldu.



- Toy mediaya qapalı olacaq?

- Bəli, toyum mediaya qapalı olacaq. Möhtəşəm toy olacaq. Xarici ölkələrin birində toyumuzu edəcəyik və sonra da toydan video və fotolar yayacağıq.



- Bəs sənət yoldaşların toyunda iştirak etməyəcək?

- Yox, toyda ancaq xarici şou biznes nümayəndələri və xarici informasiya portalları olacaq.



- Deyirlər, nişanlın yaman imkanlıdır.

- Hə özünə görə, şükür Allaha (gülür-red) Belə şeyləri danışmaq istəmirəm kii, gözə gələrəm.



- Nə əcəb ailəsi razı oldu, o səninlə evlənsin. Axı bizdə ifaçı ilə evliliyi normal qəbul etməyənlər daha çoxdu.

- Düzdür. Amma o məni ifaçı olaraq sevib, sənətimi sevib... O istəyir ki, mən daha uca zirvəələrdə olum.



- Heç ona sual vermisən ki, niyə mən?

- 100 dəfə soruşmuşam və belə cavab verib ki, həyatımda ilk dəfə aşiq olmuşam, özü də ki, ilk baxışdan. Mənə qədər o sevməyib.



- Bəs sən?

- Mən də ona böyük dəyər verirəm, hörmət edirəm.



- Amma sevmirsən, eləmi?

- Yox, sevirəm. (gülür-red) Düzdü ilk baxışdan onu sevməmişdim, amma zamanla hisslərim dəyişdi.



- Afaq, pul yoxsa sevgi? (bir neçə dəqiqə düşünür - red)

- Hər ikisi bir arada.



- Afaq hansı olmasa yaşaya bilməz?

- Ən çox pul... Pulsuz yaşaya bilmərəm. (və şaqqanaq çəkərək gülür-red)




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!