Xərçəng xəstəsi olan model: "Məni körpəm və ərim xilas etdi" - fotolar

Xərçəng xəstəsi olan model:
Xəbərlər
10.09.2017 17
Yelizaveta Buloxova (Elizaveta Bulokhova) adlı model ağır xəstəlikdən əziyyət çəkir.



O, Kanadada hüquq təhsili alıb, daha sonra yaşadığı Torontodan Londona kollec oxumaq üçün köçüb. Təhsil aldığı illərdə parlaq karyerasını quraraq tanınmış model olub.



Keçən iin mayında 24 yaşlı Bulaxova və 30 yaşlı sevgilisi Roman Trubetskoy Amsterdama istirahət etmək üçün gediblər. Onlar hiss edirlər ki, qızın çənəsinin sağ tərəfi tədricən şişməyə başlayıb. İyulda isə ağrı dözülməz hala çatıb. Müayinələrdən sonra məlum olub ki, Yelizaveta sümük xərçəngidir. Vəziyyət mürəkkəb olduğu üçün təcili cərrahiyə əməliyyatı keçirilir. Həmin vaxt gənc qadın həm də hamilə olub.



16 saatlıq əməliyyatdan sonra Yelizavetanın çənəsinin 95 faizi kəsilir. Həmin yerə ayağının və çiyninin sağ tərəfindən damarlar, sinir hüceyrələri və sümük transplantasiya edilir.



Bundan bir müddət sonra onların oğlu dünyaya gəlir. Qadın bu haqda belə deyir:



"Məni körpəm xilas etdi. O, mənə yaşamaq üçün ümid verdi. Hər şeyi onun üçün edirdim. Uşaqla o qədər məşğul idim ki, özümə acımağa vaxtım olmadı".



Hazırda Yelizavetanın saçları uzanmağa başlayıb. Çənəsi əməliyyat olunduğu aşağı dişlərindən cəmi dördü qalıb. Bir neçə il sonra o, yenidən cərrahi əməliyyata girməli olacaq.



Bütün bu müddət ərzində gənc qadının əri ondan ümidini kəsməyərək, bütün günü yanında olaraq həyat yoldaşına dəstək olub. Bulaxova ona hər zaman minnətdar olacağını deyir.



Bu fotoları isə kanadalı fotoqraf Manolo Keron çəkib.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!