Süpürgəçilikdən modelliyə - fotolar

Süpürgəçilikdən modelliyə - fotolar
Xəbərlər
10.09.2017 8
Braziliyada bələdiyyə işçisi olan Rita Mattos sosial şəbəkənin fenomeninə çevrilib.



23 yaşlı qız Rio de Janeyroda küçələri süpürərək, tıxanmış su kanllarını açmaqla məşğul olub. Lakin sosial şəbəkədə fotoları yayılan Rita gözəlliyi ilə model agentliklərinin diqqətini çəkib.



Braziliyida dərc olunan "Extra” qəzetinə müsahibəsindən sonra isə modellik təklifləri aldığını deyən Rita köhnə işini də çox sevdiyini bildirib:



"Məni ən çox sevindirən modellik təklifləri oldu. Buna görə çox həyəcanlandım. Bir çox insan küçələri süpürdüyümə görə məni qınayır. Məni gözəlliyimdən istifadə etməməkdə günahlandırırlar. Gözəlliyim sayəsində çoxlu pul qazanacağımı deyirlər. Amma mən onlara çox hirslənirəm. Çox sevdiyim Rio de Janeyro üçün faydalı iş görürəm. Gündə 12 saat işləyirəm. Maaşım o qədər də yüksək deyil, ancaq ehtiyaclarımı ödəyirəm”.



R.Mattos modellik təkliflərini də dəyərləndirəcəyini söyləyib:



"Modellik edə biləcəyimi düşünrəm. Qətiyyən çılpaq fotosessiyalarda çəkilmərəm”.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!