Günay: `Ona ehtiyacım var...` - FOTOSESSİYA

Günay: `Ona ehtiyacım var...` - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 15
Deyirlər ki, guya prodüserimdən Toliklə işləmək üçün ayrılmışam.



Mənim belə bir planım olmayıb. Tolik dostumdur, bu da hər zaman davam edəcək”.



Bu sözləri müğənni Günay İbrahimli deyib. O, bundan sonra heç bir peşəkar prodüserlə çalışmayacağını bildirib:



"Toma ilə işlərimiz uyğun gəlmirdi. Dost kimi yollarımızı ayırdıq. Tolikin Aygün Kazımova ilə ayrıldığı ərəfəyə düşməsi isə sadəcə təsadüf idi. Tək çalışmaq çətindir. Buna görə köməkçiyə ehtiyacım var. İşi bilməyən biri də ola bilər. Əsas odur ki, etibar edə biləcəyim insanı tapım. Özüm ona işi öyrədəcəm. Hər şeyi biləndən sonra isə prodüserim kimi çalışar”.



G.İbrahimli son vaxtlar yaradıcılığındakı durğunluqdan da söz açıb:



"Ötən illərlə müqayisədə çox az iş təqdim etdim. Bu yay tamamilə durğunluq oldu. Əvvəlcədən danışmaq mənə düşmür. Qarşıda o qədər planlarım var ki... Üç yeni mahnı hazırlayıram. Mən yatmamışam, tənbəllik də etmirəm. İşlərimin üstündə həmişə özüm dayanmışam. Bundan sonra da belə olacaq”.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!