Azərbaycanlı aparıcının ikinci dəfə toyu oldu - FOTOLAR

Azərbaycanlı aparıcının ikinci dəfə toyu oldu - FOTOLAR
Xəbərlər
10.09.2017 8
"Əslində dost idik”.



ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın dünən toyu olub.



Mərasimdən fotoları tanınmışlar sosial şəbəkədə paylaşıb.



Türkiyədə yaşayan G.Məmmədova Özgür adlı iş adamı ilə ailə qurur. Cütlüyün nişanı ötən ay olmuşdu.



Keçmiş aparıcı həyat yoldaşı ilə bağlı bunları demişdi:



"Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zaman arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun”.



Qeyd edək ki, bu G.Məmmədovanın ikinci evliliyidir.



O, ANS-də "Kamerton”, "Xonça” kimi verilişlərin aparıcısı olub.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!