Emin Leyla ilə boşanmasından danışdı: "Bizdə ailə alınmadı"

Emin Leyla ilə boşanmasından danışdı:
Xəbərlər
10.09.2017 6
Müğənni-bəstəkar Emin Ağalarov 9 illik həyat yoldaşı, "Baku” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan ayrılması ilə əlaqədar ilk dəfə danışıb.



Emin bu barədə "Hello” jurnalına müsahibəsində bəhs edib. O, Leyla ilə ayrılmasının aralarındakı dostluq münasibətinə təsir etmədiyini deyib: "Bir-birimizə şəxsi həyatımızda xoşbəxt olmağa şans verməli idik. Bu isə hər ikimiz üçün lazımi azadlıq şəraitində ola bilərdi. İnsanlar arasında şəxsi münasibətlər qurulmayıbsa, ailə həyatını təqlid etmək axmaqlıqdır. Ən yaxşısı boşanmaq, dostluğu qoruyub-saxlamaq və uşaqları tərbiyə etməkdir. Biz Leyla ilə hər ikimizin istəyi ilə boşandıq. Bizdə sözün əsl mənasında ailə alınmadı”.



Emin qeyd edib ki, onun Leyla ilə hazırkı münasibəti boşanana qədər olandan daha yaxşıdır:



"Heç birimiz bir-birimizə xəyanət etmədik, incitmədik, pis olan heç bir iş görmədik”.



Qeyd edək ki, Eminlə Leyla 2006-cı ildə ailə qurublar. Cütlük ayrıldığını mayın 30-da sosial şəbəkədə elan edib. Onların Əli və Mikayıl adlı əkizləri var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!