Gənc müğənni Sofi Şah: Yeni ad məni düzgün yola yönəltdi – FOTOSESSİYA

Gənc müğənni Sofi Şah: Yeni ad məni düzgün yola yönəltdi – FOTOSESSİYA
Xəbərlər
10.09.2017 10
"Musiqili layihələrlə insanları təəccübləndirmək istəyirəm”.



Gənc müğənni Sofi Şah yaradıcılıq planlarından danışıb və yeni fotosessiyasını təqdim edib.



Müğənni nədən bu ləqəbi götürməsi barədə açıqlama verib:



"Əsl adım Səbinə Şahmədovadır. Sofiya adını Türkiyədə istirahət edərkən düşündüm və özümü Sofi kimi təqdim etməyə başladım. Yeni ad insana yeni tale gətirir. Belə də oldu. Bu ad mənə müdriklik gətirdi, düzgün yola yönəltdi və artıq məni müğənni kimi bu adla tanıyırlar. Sofiya- müdriklik deməkdir”.

İfaçı sponsorun olmamasından da şikayətlənib:



"Musiqili layihələrlə insanları təəccübləndirmək istəyirəm. Amma tək çalışıram, prodüserim yoxdur. Ona görə də ürəyimdəki bəzi arzularımı həyata keçirə bilmirəm.



Buna baxmayaraq mənə kömək edən yaxşı dostlarım var. Özüm də çalışqan insanam. İnanıram ki, nəsə alınacaq. Mənə mahnı bağışlayan insanlar da var.



İlk dəfə olaraq özüm də lirik mahnı yazmışam. Sözləri və musiqisi mənə aiddir. Payızda isə yeni mahnı və klip təqdim etmək istəyirəm”.



Yay istirahətinə gəlincə o bunları söyləyib:



"Yayda istirahət etməmişəm. Bakıda və rayonlarda şou-proqramlarda iştirak etdiyim üçün buna vaxt tapa bilməmişəm. Amma necə deyərlər, həm ziyarət, həm ticarət etmişəm



Fürsətdən istifadə edərək getdiyim rayonların təbiətindən zövq almışam. Bu yaxınlarda  xarici ölkəyə getməyə hazırlaşıram. Həm çıxışlarım olacaq, həm də dincələyəcəm. Amma bu  haqda geniş açıqlama vermək istəmirəm. Hara getdiyimi qayıdandan sonra söyləyəcəyəm”.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!