Emin Leyla Əliyevanın övladlığa götürdüyü qızı ilə - foto

Emin Leyla Əliyevanın övladlığa götürdüyü qızı ilə - foto
Xəbərlər
10.09.2017 13
Müğənni-bəstəkar Emin keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə fotosunu paylaşıb.



İfaçının İnstaqram səhifəsində yerləşdirdiyi şəkildə atası, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov, əkiz övladları Əli və Mikayıl da yer alıblar.



Emin fotoya "Nəsillər dəyişir, dünya isə qalır" sözlərini yazıb.



Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı:



"Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!