Müsəlman model alt geyimli pozalarına görə təhdid olundu – FOTOLAR

Müsəlman model alt geyimli pozalarına görə təhdid olundu – FOTOLAR
Xəbərlər
10.09.2017 18
Ahlam El Brinis `Müsəlman Miss İtaliya` adına sahib olmaq istədiyini bildirib.

Mərakeş əsilli italyan model Ahlam El Brinis aldığı təhqir və təhdidlərə baxmayaraq ilk "Müsəlman Miss İtaliya”  adına sahib olmaq istədiyini söyləyib.



Brinis gələn ay keçiriləcək gözəllik yarışmasında iştirak edəcəyi üçün sosial şəbəkədə hədə-qorxuya məruz qaldığını deyib.



İngilis Telegraph qəzetində yer alan xəbərə görə, alt paltarlarıyla verdiyi pozalar səbəbindən sərt reaksiyalarla qarşılaşdığını deyən  Brinis ətrafdakılar tərəfindən "İslamın adını pis çıxarmaqla” günahlandırılır.



İtalyan model Mərakeşdə yaşayan nənəsinin dəstəyindən güc aldığını vurğulayıb. Brinis sosial şəbəkədə nənəsinin "Din ürəkdədir, geyindiyi paltarda deyil” sözlərini yazıb.



La Repubblica qəzetinə açıqlama verən Brinis "Təhqir edənlər oldu, ancaq həm dostlarımdan, həm də heç tanımadığım insanlardan daha çox təşviq mesajları aldım” deyərək əlavə edib ki, "Dinin gözəllik yarışmasıyla əlaqəsi yoxdur”.

Hələ 6 yaşında ikən "Miss İtaliya” yarışmasını izləyəndə ilk dəfə gözəllik kraliçası olmaq xəyalı qurduğunu deyən Brinis Venesiya yaxınlığında olan Jesolo qəsəbəsində təşkil edilən gözəllik yarışmasının son mərhələsinə qatılacaq.



İslam dininə hörmətlə yanaşdığını söyləyən, ancaq özünü islamla tanıntmaq istəmədiyini bildirən Brinis, ölkənin şimal-şərqində yerləşən Padua şəhərində doğulub böyüdüyünü və özünü  tamamilə italyan hiss etdiyini söyləyir. Uşaq ikən ərəb dilini öyrənməyən Brinis, oğlan dostu Cristian ilə yaşayır və evdə italyan dilində danışır. Brinis "İtalyan yeməkləri bişirməyə heyranam. Biri məndən Mərakeş yeməyi hazırlamağımı istəsə haradan başlayacağımı bilmərəm” deyib.



Müsabiqəyə qatılacağına görə stressli olan gənc model bunun nəticəsində kilo verdiyini və bol makaron və qril ət yeyərək kilo almağa çalışdığını söyləyib.




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!