Ana və qızı əməliyyatla bir-birinə oxşadı - FOTOLAR

Ana və qızı əməliyyatla bir-birinə oxşadı - FOTOLAR
Xəbərlər
10.09.2017 21
İngiltərədə yaşayan 38 yaşlı Ceorcina və 17 yaşlı qızı Kayla hər kəsi təəccübləndirəcək hərəkət edib.

Ana və övladının tək xəyalı məşhur model Keti Praysa bənzəmək olub. Gecə klublarından birində striptizçi kimi işə başlayan Kayla qazandığı pulları toplamağa başlayıb. O, hətta bir müştərisinin ona sponsorluq etdiyini və hər həftə çoxlu pul verdiyini etiraf edib.



63 min dollar toplamağı bacaran Kayla anasıyla birlikdə bir-birinin ardınca plastik əməliyyatlar etdirib.  Amma nəticədə onlar Ketiyə yox, bir-birinə bənzəyib.



Ceorcina açıqlamasında "Heç kim Kaylanın mənim qızım olduğuna inanmırdı. İndi isə hər kəs bizi əkiz hesab edir. Hətta əməliyyatlardan sonra Kayladan da gənc görünürəm. Qızıma sponsorluq edən kişinin həyat yoldaşı münasibəti öyrəndi. Ona görə də o, əməliyyat üçün bizə pul vermir. Bir yol tapıb, pul qazanıb, Ketiyə oxşamaq üçün əməliyyatlar etdirəcəyik" deyə, bildirib.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!