Şahzadə ilə xanımının sevgi dolu baxışları - FOTOLAR

Şahzadə ilə xanımının sevgi dolu baxışları - FOTOLAR
Xəbərlər
10.09.2017 10
İyunda ailə quran İsveç şahzadəsi Karl Filiplə xanımı, keçmiş model Sofia Hellqvist birlikdə ilk rəsmi səyahətə çıxıblar.



Varmlandı ziyarət edən cütlük əsl sevgi tablosu sərgiləyib. Karlla Sofiya getdikləri yerlərdə tez-tez bir-birlərinin gözlərinin içinə baxmaqdan özlərini saxlaya bilməyiblər.



Kral ailəsinin üzvləri onları salamlayan insanlara gülümsəyərək cavab veriblər.



Qeyd edək ki, 2010-cu ildə tanış olan Karlla Sofiyanın ailə qurmaq istəyi əvvəlcə kral ailəsi tərəfindən xoş qarşılanmasa da, daha sonra onların evlənmələrinə icazə verilib.



30 yaşlı Sofiya daha 2004-cü ildə kişi jurnallarından birinə ilanla verdiyi pozla məşhurdur. Məhz bu səbəbdən şahzadənin xanımı uzun müddət İsveç mediasının diqqət mərkəzində saxlanılıb.



Sofiya İngiltərə düşesi Keyt Midltonla müqayisə edilir. Onların hər ikisi müasir dövrün "Zoluşka"ları adlandırılır.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!